
Ağstafada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Saat24.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 8-i saat 07:10-da Ağstafa rayonu Köçəsgər kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ( biri kişi cinsli, üçü qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:
"Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Aygün Mirakif
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Saat24.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Köşəsgər kəndi yolunda qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.