Türkiyə klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri bəlli oldu

Sadə xəbər
idman 04.08.2025 3244

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Saat24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində pley-off mərhələsinin mümkün cütlükləri müəyyənləşib.

Belə ki, Türkiyə təmsilçilərindən "Beşiktaş" İrlandiyanın "Sent Patriks" klubunu, "Başakşəhər" isə Norveçin "Vikinq" komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə pley-off mərhələsinə yüksələcəklər.

Əgər "Beşiktaş" Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanarsa, İsveçrənin "Lozanna Sport" və Qazaxıstanın "Astana" klubları arasında baş tutacaq oyunun qalibi ilə qarşılaşacaq.

"Başakşəhər" isə "Vikinq"i mübarizədən kənarlaşdıracağı halda Rumıniyanın "Universitata Krayova" və Slovakiyanın "Spartak Trnava" komandaları arasında keçiriləcək oyunun qalibi ilə üz-üzə gələcək.

Püşkatmaya əsasən, mümkün cütlüklər belədir:

"Lozanna Sport" / "Astana" - "Beşiktaş" / "Sent Patriks"

"Başakşəhər" / "Vikinq" - "Spartak Trnava" / "Universitata Krayova".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top