Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıblar, yaralılar var

Sadə xəbər
CƏMİYYƏT 04.08.2025 3122

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıblar.

Saat24.az xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

Belə ki, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top