Mingəçevirdə maraqlı görüş: 25 ilin məzunları bir araya gəldilər – Fotolar

Sadə xəbər
CƏMİYYƏT 03.08.2025 3494
 
Uzun illərin ardından təşkil olunan görüş iştirakçılar üçün həm nostalji, həm də emosional anlarla yadda qalıb. Görüş bir zamanlar oxuduqları 13 saylı məktəbin həyətində və sinif otaqlarında təşkil olunub. Tədbirdə məzunlarla yanaşı, onların bir neçə müəllimi də iştirak edib. Məzunlar müəllimlərinə xüsusi minnətdarlıq ifadə edərək, onların təhsil və tərbiyə sahəsindəki əvəzsiz əməklərini hörmətlə xatırlayıblar. Sonra onlar uzun illər 13 saylı məktəbin rus dili müəlliməsi olmuş Elmira Mahmudovnan ziyarət ediblər.Bu görüş müəllimə üçün nə dərəcədə dəyərli və vacib olduğunu bildirib.Daha sonra bir neçə müəllimləri ilə birlikdə yaddaqalan gün keçiriblər. Bu görüş unudulmaz anlarla daha bir xatirəyə dönüb.
Axşama doğru gözəl və unudulmaz xatirələr ilə dolu görüş sona çatdı, xatirə şəkilləri çəkilib. 13 saylı məktəbin direktoru Daşqın İbrahimova minnətdarlıqlarını bildiriblər.
Esmira Hidayətova,Mingəçevir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top