"Fənərbağça", "Beşiktaş" və "Başakşəhər"in oyunları təxirə salındı

Sadə xəbər
idman 05.08.2025 2863

Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın 1-ci həftəsində oynanılacaq üç matçını təxirə salıb.

Saat24.Az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Bildirilib ki, "Fənərbağça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Fatih Karagümrük" - "Başakşəhər" matçlarının tarixləri dəyişdiriləcək.

Buna səbəb klubların avrokuboklarda çıxış etmələridir.

Qeyd edək ki, "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının, "Beşiktaş" və "Başakşəhər" isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində mübarizə aparırlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top