
Konfrans Liqasının III təsnifat mərhələsinə "Omoniya" ilə üz-üzə gələcək "Araz-Naxçıvan" meydana itkilərlə çıxacaq.
Saat24.az xəbər verir ki, Naxçıvan təmsilçisinin heyətində İqor Ribeyro, Bəxtiyar Həsənalızadə və Bu-Muaka Simakala qarşıdakı matçda komandaya kömək edə bilməyəcəklər.
Ribeyro ötən mərhələdə, "Aris"lə cavab oyununda qırmızı vərəqə ilə cəzalandırıldığı üçün, Həsənalızadə və Simakala isə həm ev, həm də səfər oyunlarında sarı vərəqə limitini doldurduqları üçün "Omoniya" ilə ilk oyunu buraxacaqlar.
Qeyd edim ki, "Araz-Naxçıvan" - "Omoniya" qarşılaşmasının ilk oyunu avqustun 7-də Bakıda, cavab görüşü isə avqustun 14-də Kiprdə keçiriləcək.