Mahir Emreli "Kayzerslautern" forması ilə yenidən fərqləndi

Sadə xəbər
idman 12.07.2025 3305

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandası "Kayzerslautern" növbəti yoxlama oyununda qüvvəsini sınayır.

Saat24.az xəbər verir ki, II Bundesliqa təmsilçisi doğma "Fritz-Walter-Stadion"un məşq meydanında İngiltərənin səviyyəcə 4-cü divizionunda (Liqa 2) çıxış edən "Notts Kaunti" ilə qarşılaşır.

İlk hissədən sonra 3:0 hesabı ilə irəlidə olan "Kayzerslautern" qolların hamısını ilk 10 dəqiqədə vurub. Komandanın üçüncü qoluna Emreli imza atıb.

"Notts Kaunti" oyunçusunun 41-ci dəqiqədə qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb.

Qeyd edək ki, Mahir Emreli "Saar/Lüksemburq fanat yığması"na qarşı keçirilən qarşılaşmada da fərqlənmişdi.

Millinin oyunçusu fasilədən sonra əvəzlənib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top