
Rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov Azərbaycana təşəkkür edib.
Saat24.Az-ın xəbərinə görə, bu barədə o, öz "Instagram" səhifəsində paylaşım edib.
"Azərbaycan, çox sağ olun. Bu bir neçə gün heyrətamiz idi", - deyə o bildirib.
Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionları Həbib Nurməhəmmədov və İslam Mahaçev Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi UFC turniri ilə bağlı ölkəmizə səfər ediblər.

Həbib Nurməhəmmədov