NBA final seriyasında ümumi hesab bərabərləşdi

Sadə xəbər
idman 09.06.2025 3297

NBA-da 2024/2025 mövsümünün pley-off final seriyasının ikinci oyununda "Oklahoma-Siti Tander" evdə "İndiana Peysers" üzərində inamlı qələbə qazanıb.

Saat24.Az sovsport.ru-ya istinadla xəbər verir ki, qarşılaşma ev sahiblərinin 123:107 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da final seriyasında ümumi hesab bərabərləşib - 1:1.



"Oklahoma"nın heyətində ən məhsuldar oyunçu Şey Qilces Aleksandr olub. Kanadalı basketbolçu 34 xal toplayıb, beş ribaund edib və səkkiz məhsuldar ötürmə verib.

Qonaqlardan isə 17 xal, üç ribaund və səkkiz məhsuldar ötürmə ilə Tayriz Haliberton fərqlənib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top