
Bir müddət əvvəl "Qarabağ"a keçəcəyi iddia edilən Duşan Tadiç karyerasını İspaniyada davam etdirəcək.
Saat24.Az Serbiya mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"dan ayrıldıqdan sonra adı Ağdam klubu ilə hallanan təcrübəli futbolçu "Atletiko Madrid" ilə razılaşıb.
Madrid təmsilçisi onunla bir illik müqavilə imzalayacaq.
Tadiçin İspaniyaya yollanaraq rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.