Klublararası dünya çempionatı: "Yuventus"dan böyükhesablı qələbə

Sadə xəbər
idman 22.06.2025 2975

İtaliyanın "Yuventus" komandası klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Mərakeşin "Uidad Kasablanka" klubuna 4:1 hesabı ilə qalib gəlib.

Saat24.Az xəbər verir ki, qarşılaşma Filadelfiyada (ABŞ, Pensilvaniya) baş tutub.

"Yuventus"un tərkibində Kenan Yıldız dubla imza atıb, daha bir qolu Duşan Vlahoviç vurub. Digər qol isə avtoqol olub.

Hazırda G qrupuna 6 xalla "Yuventus" başçılıq edir. İngiltərənin "Mançester Siti" və BƏƏ-nin "Əl Ayn" klubları da G qrupunda mübarizə aparır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top