Ağdamda döyülən şəxs dünya çempionudur? - RƏSMİ AÇIQLAMA

Sadə xəbər
idman 30.05.2025 3070

Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə "dünya çempionu" kimi təqdim olunan şəxsin Ağdam rayonunda iştirak etdiyi insidentlə bağlı müxtəlif məlumatlar yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Karate Federasiyasından bildirilib ki, adıçəkilən şəxsin "dünya çempionu" kimi təqdim olunması heç bir rəsmi əsas daşımır və bu iddia qəti şəkildə təkzib edilir.

AKF-nin açıqlamasında vurğulanıb ki, karate idman növündə "dünya çempionu" titulu yalnız Dünya Karate Federasiyası (WKF) və onun strukturunda fəaliyyət göstərən rəsmi karate üslubları üzrə təşkil olunan beynəlxalq yarışlarda qazanıla bilər:

"Bu yarışlar AKF tərəfindən tanınan və standartlaşdırılmış sistem əsasında keçirilir".

Anar Həsənov

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top