La Liqa: Mbappenin dublu "Real Madrid"ə qələbə gətirdi

Sadə xəbər
idman 24.05.2025 3343

İspaniya La Liqasında son turun oyunları keçirilir.

Saat24.Az xəbər verir ki, mövsümün 38-ci oyun həftəsində "Real Madrid" "Real Sosyedad"ı qəbul edib.

Matçın taleyini meydan sahiblərinin 2 cavabsız qolu həll edib. Mbappe 38-ci dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. 83-cü dəqiqədə isə o dublunu rəsmiləşdirib - 2:0.

Beləliklə də, kral klubu cari çempionatı 84 xalla 2-ci pillədə tamamlayıb. Onun rəqibi isə 46 xalla 11-ci olub.

Xatırladaq ki, La Liqanın builki qalibi adını "Barselona" qazanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top