Bu gün Misli Premyer Liqasında mövsümə iki oyunla yekun vurulacaq

Sadə xəbər
idman 25.05.2025 3197

Bu gün Misli Premyer Liqasında mövsümün son oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, "Turan Tovuz" klubu "Kəpəz"lə, "Araz-Naxçıvan" klubu isə "Zirə" ilə üz-üzə gələcək.

Turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" "Şamaxı"nı (1:0), "Sabah" isə "Neftçi"ni (1:0) məğlub edib.

Qeyd edək ki, 2024/25 mövsümünün qalibi "Qarabağ", gümüş mükafatçı "Zirə", bürünc medalın sahibi isə "Araz-Naxçıvan" olub.

25 may

Misli Premyer Liqası

XXXVI tur

Saat 17:00, "Turan Tovuz" - "Kəpəz";

Saat 19:30, "Araz-Naxçıvan" - "Zirə".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top