
Almaniya kansleri Fridrix Merts Vaşinqtondakı Yəhudi Muzeyinin yaxınlığında iki israilli diplomatın öldürülməsini pisləyib.
Saat24.az-ın xəbərinə görə, o, öz "X" hesabında müvafiq paylaşım edib.
"Bu mərhələdə biz antisemit motivlərin olduğunu ehtimal etməliyik. Mən bu iyrənc aktı ən sərt şəkildə qınayıram", - deyə o paylaşımda bildirilib.
Fridrix Merts İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsi xəbərindən şoka düşdüyünü bildirib.