Rusiyada minik avtomobili partlayıb: Dəhşətli görüntülər

Sadə xəbər
DÜNYA 20.05.2025 3195

Rusiyanın Novosibirsk şəhərinin Kirovski rayonunda minik avtomobili partlayıb.

Saat24.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, mayın 20-də səhərə yaxın "Hyundai Solaris" markalı avtomobil çoxmərtəbəli binanın girişindən keçərkən qəfildən alovlanıb.

Bildirildiyinə görə, sürücü yanıq xəsarətləri alıb, lakin sağ qalıb.

İlkin ehtimallara görə, partlayış qaz sızması səbəbindən baş verib, avtomobildə qaz balonu avadanlığı partlayıb.

 

 

 



 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top