
Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.
Saat24.Az xəbər verir ki, "Bank Respublika Arena"dakı görüşün taleyini 1 qol həll edib.
Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.
"Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.
"Qarabağ" Misli Premyer Liqasının sonuncu - XXXVI turunda səfərdə "Şamaxı"ya qalib gəlib.
Saat24.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda "köhlən atlar" minimal hesablı qələbəyə sevinib.
Yeganə qolu Emmanuel Addai (86) rəqibin qapısından keçirib.
Ölkə çempionluğunu rəsmiləşdirən Ağdam təmsilçisi mövsümü 89 xalla lider başa vurub. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.
Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə qalib (4:1) gəlib. Tura mayın 25-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında mövsümün son turunun ikinci oyun günündə iki görüş keçiriləcək.
Saat24.Az xəbər verir ki, "Şamaxı" klubu "Qarabağ"la, "Sabah" isə "Neftçi" ilə üz-üzə gələcək.
Qeyd edək ki, tura "Turan Tovuz" - "Kəpəz", "Araz-Naxçıvan" - "Zirə" oyunları ilə yekun vurulacaq.
Xatırladaq ki, dünən baş tutan açılış oyununda "Səbail" öz meydanında "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.
24 may
Misli Premyer Liqası
XXXVI tur
Saat 17:00, "Şamaxı" - "Qarabağ";
Saat 19:30, "Sabah" - "Neftçi".