
İtaliyanın "Giamaro Automobil" şirkəti ilk iki maşınını nümayiş etdirib.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, onlardan biri də 2157 at gücündə mühərrikə malik "Katla" superkarıdır.
Bundan əlavə, şirkət "Giamaro Albor" adlı ekstremal krossover buraxmaq niyyətindədir.
"Giamaro Katla" karbon lifli kuzov üzərində qurulub və 7,0 litrlik dörd turbinli V12 mühərriki ilə təchiz edilib. Mühərrik baza konfiqurasiyada 1670 at gücünə malikdir. Lakin ən ekstremal versiyada onun gücü 2157 at gücünə çatır. Mühərrik yeddi pilləli mexaniki transmissiya ilə birləşdirilib, lakin gələcəkdə 11 pilləli qoşa muftalı transmissiya təqdim olunacaq.
Avtomobilin aerodinamik müqavimət əmsalı 0,33-dür. Çəkisi 1450 kq-dır.
"Giamaro Albor" modeli də "Katla" ilə eyni mühərriklə təchiz ediləcək, lakin ətraflı məlumat daha sonra açıqlanacaq.


