"Qəbələ" "Real Madrid"in yetirməsini transfer etdi

Sadə xəbər
idman 10.08.2025 3209

"Qəbələ" ispaniyalı futbolçu Xayme Sierranı transfer edib.Saat24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xayme Sierra İspaniya "Real Madrid"inin yetirməsidir. O, son olaraq Xorvatiya təmsilçisi "Varajdin"in formasını geyib.

Yeniyetmə yaşlarında "Karabançel", "Real" və "Valensiya"da çıxış edən yarımmüdafiəçi peşəkar karyerasında vətənində "Leqanes", "Loqronyes", "Kultural Leonesa", "Atletiko Baleares" və Belçikada "Deyinze" klublarında forma geyinib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top