Mehriban Əliyeva: "Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!"

Manşet
GÜNDƏM 09.08.2025 5337

Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla və Ermənistanın Baş naziri Nikol Paşinyanla Vaşinqtondakı görüşündən fotolar paylaşıb.

Saat24.Az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!

Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!"

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top