Bakıda avtomobil çilçıraq mağazasına çırpılıb

Sadə xəbər
HADİSƏ 07.08.2025 3232

Bakıda avtomobilin çilçıraq mağazasına çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

"Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini mağazaya çırpıb. Nəticədə avtomobil mağazanın giriş qapısını sındıraraq içəri daxil olub.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top