Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi

Sadə xəbər
DÜNYA 04.08.2025 3140

Bu gün Moskvada (Rusiya) Yauza çayında qəribə dəyişiklik müşahidə olunub. Sosial şəbəkələrdə yayılan kadrlarda çayın rənginin təbii çalarlardan kəskin şəkildə fərqləndiyi aydın şəkildə görünür.

Saat24.az bu barədə "Baza" "Telegram" kanalına istinadla xəbər verir.

Şahidlərin sözlərinə görə, Elektrozavod rayonu ərazisində çaya süd-açıq yaşıl rəngdə naməlum maye axıdılıb.

Hazırda maddənin mənşəyi və tərkibi məlum deyil. Yerli ekoloji xidmətlər ərazidə araşdırmalara başlayıblar. Hadisənin çay ekosisteminə təsiri ilə bağlı qiymətləndirmə aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top