Moskva susur, sərsəm açıqlamalara reaksiya yoxdur – SƏBƏB?

Sadə xəbər
SİYASƏT 06.08.2025 2781
 
Jalə Əliyeva: “Rusiyanın qərəzli açıqlamaları təəssüf doğurur”
 
“Əgər bu cür şovenist açıqlamaların arxasında Rusiya dövlət rəsmiləri dayanmırsa, tutaq ki, kimlərinsə xəstə təxəyyülüdürsə, o zaman rəsmi Moskva buna münasibətini bildirməlidir. Başqa halda bunun əksini düşünmək məcburiyyətində qalırıq”.
 
 
Bunu Saat24.Az-a Milli Məclisin deputatı Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, Rusiyanın müxtəlif qurumları tərəfindən Azərbaycana qarşı yönələn təxribat xarakrterli ədalətsiz çıxışlar, əhəmiyyətli informasiya agentliklərində yayılan məlumatlar anlaşılmaz olduğu qədər də, təəssüf doğurur. Deputat Rusiyanın TASS agentliyində Xankəndinin Stepanakert kimi təqdim edilməsini, Azərbaycanla hava və quru əlaqəsinin kəsilməsinə edilən cagırışları, Solovyov-Simonyan kimi anti-Azərbaycan mövqelərə üstəlik tanınmış aktyor Nikita Mixalkovun da qosularaq ölkəmizə qarşı “nankor” iddialı hücumlarını, Rusiyanın “Qarabag erməniləri” məsələsini yenidən gündəmə gətirmək cəhdlərini bu ölkənin regionla bağlı aqressiyası, qısqanclığını, “Ağıldan bəla” persanajlarının oyunu kimi dəyərləndirib. Deputat Azərbaycana qarşı olan qərəzli münasibətin Rusiya dövlət dumasında komitə sədrinin birinci müavini Konstantin Zatulin, Rusya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvitkoyun açıqlamaları anti-Azərbaycan siyasətinin rəsmi müstəvidə vüsət aldığını göstərməklə yanaşı, bunu Rusiya siyasətinin ağıl almayan məqamı kimi önə çəkib.
 
 
 
J.Əliyeva bildirib ki, əslində Azərbaycana qarşı ədalətsiz, şovenist çıxışlar edən bu kəslərin kimliyi, tutduğu siyasi mövqelər nəzərdən keçirilərsə, bu ürəkbulandırıcı çıxışlar təəccüblü deyil:
 
 
 
“Rusiyanın ayrı-ayrı əhəmiyətli qurumlarının Azərbaycana qarşı açıqlamalarında istehza ritorikası var və bu, cılız, aciz münasibəti ortaya qoyur. Görünür onlar qınlarına qayıtmalıydılar və bunu da edirlər. Rusiya rəsmiləri qonşu ölkə ilə bugünkü münasibətlər fonunda inkişaf perspektivlərini nəzərə alaraq bu cür sərsəm açıqlamalara qarşı münasibət bildirməlidir”.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top