
Avqustun 6-da Xocalı şəhəri ərazisində Badara çayının sahilində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Saat24.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
M.Mirzəyev məsuliyyətə cəlb olunub.