
Almaniya II Bundesliqasının 2-ci turunun sabah "Kayzerslautern"lə keçiriləcək oyunu haqda danışan "Şalke"nin baş məşqçisi Miron Musliç rəqibin azərbaycanlı hücumçusu Mahir Emreli haqda fikirlərini bölüşüb.
Saat24.Az "Der Betze brennt"ə istinadən xəbər verir ki, Helzenkirhen təmsilçisinin çalışdırıcısı millimizin üzvü barədə bunları deyib:
"Kayzerslautern" bəzi oyunçuların getməsinə baxmayaraq, çox yaxşı futbolçularla gücləndi. Xüsusilə hücumda güclənmə baş verib. Kunze və Şahinlə yarımmüdafiədə yeni güc tapıblar. Mahir Emreli və Prtainə qarşı müdafiə olunmaq çox çətindir. Onlar fiziki cəhətdən güclüdürlər və hazır hücumçudurlar. Bu, bizim üçün ciddi sınaq olacaq".
Qeyd edək ki, "Kayzerslautern" - "Şalke" görüşü sabah keçiriləcək və oyuna 17:00-da start veriləcək.