
"Prezident İlham Əliyevin ABŞ səfəri Moskva və Tehranı narahat edir və onlar bu narahatlıqlarını gizlətmirlər".
Bunu Baku TV-yə açıqlamasında deputat Rasim Musabəyov bildirib. Onun sözlərinə görə, İran rəsmi səviyyədə bölgəyə kənar qüvvələrin təsirlərinə qarşı olduqlarını bəyan edir, Rusiya rəsmiləri isə hələlik susurlar.
"Rusiya mediası "bölgə əldən gedir" kimi hay-küy qaldırıb. Lakin onların nəsə etməsi üçün imkanları məhduddur. Hesab edirəm ki, Ermənistandan təzyiqlər artacaq, amma bu təzyiqlər, onsuz da, mövcud idi", - R.Musabəyov deyib.
Deputat qeyd edib ki, Türkiyə bu məsələdə ABŞ ilə eyni platformada çıxış edir:
"Türkiyənin ABŞ-yə hansısa bir çağırış etməsinə ehtiyac yoxdur. Bütün məsələlər Türkiyə və ABŞ tərəfindən çoxdan razılaşdırılıb".
O, həmçinin "907-ci düzəliş"in ləğvinin gündəmdə olmadığını vurğulayıb:
"Onun ləğvi yalnız Konqresin qərarı ilə mümkündür. Konqres isə bu barədə heç bir addım atmayıb".
Ətraflı videomaterialda:
