Ağır yanıq xəsarətləri alan Aminin anası: "Qapı-qapı gəzib pul istədim, harayıma gələn olmadı"

Sadə xəbər
CƏMİYYƏT 23.05.2025 3072

10 yaşlı Aminin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ayşən Mirzəzadə məlumat verib.

O bildirib ki, övladı 10 gün əvvəl ağır yanıq xəsarətləri alıb:

"Oğlumda qıcolma var. Həmin gün də qəfil qıcolması tutub yıxıldı sobanın üzərinə. Sobanın üzərində olan qaynar qazan dağıldı. Amin çox ağır yanıq xəsarətləri alıb. Bədəninin böyük hissəsi yanıb. Pulsuzluqdan müalicəni yarımçıq qoyub çıxdıq. Mazları, dərmanları alınmayıb, sarğılarını dəyişmək üçün pulumuz yoxdur. Qapı-qapı gəzdim ki, bəlkə borc tapa bildim. Harayıma çatan olmadı. Xalqımdan xahiş edirəm bizə yardım əli uzatsınlar. Yoldaşım ikinci qrup əlildir. Özü də fəhlə işləyir. Evimizi güclə dolandırırıq. Kənd yerində dolanmaq da çətindir. Ancaq kiminsə qapısında işləyib pul qazanmaq olar. Onu da Amini qoyub çıxa bilmədiyim üçün edə bilmirəm. Bizə ilkin müalicə xərcləri üçün 700 manat lazımdır".

Əlaqə nömrəsi: 055 773 43 35

Unibank: 5243 7544 4972 8938

 




 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top