
Çeçenistanın rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov Rusiya Milli Qvardiyasının inkişafına verdiyi töhfəyə görə "Axmat-Krepost" medalı ilə təltif edilib.
Bu barədə Saat24.az "Qroznıy" dövlət teleradio şirkətinə istinadla xəbər verir.
Mükafatı "Axmat-Krepost" dəstəsinin komandiri Əbdülkərim Kadırov təqdim edib.
Qeyd edək ki, Adam Kadırov bundan əvvəl də - mayın 12-də başqa bir medal alıb. O, "Axmat-Qroznıy" xüsusi təyinatlı dəstəsinin yaradılmasının 25 illiyi münasibətilə xatirə yubiley medalı ilə mükafatlandırılmışdı.