"Liverpul"un ulduzu "Atletiko Madrid"ə keçir

Sadə xəbər
idman 22.05.2025 3340

"Liverpul"un hücumçusu Darvin Nunyes yayda İngiltərə klubunu tərk edərək Madrid "Atletiko"suna keçmək niyyətindədir.

Saat24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, uruqvaylı forvard Dieqo Simeonenin rəhbərliyi altında oynamaq istəyir. İspaniya təmsilçisi 25 yaşlı uruqvaylı ilə müqavilə imzalamağı düşünür.

Darvinin agentinin artıq bir neçə komandaya forvardın xidmətini təklif etdiyi söylənilir. Onunla daha çox Səudiyyə Ərəbistanı klubları maraqlanır. "Liverpul" Nunyesin transferi üçün 2022-ci ildə "Benfika"ya ödədiyi 75 milyon avronun bir hissəsini qaytarmaq üçün uruqvaylını bu yay satmağa hazırdır.

Qeyd edək ki, Nunyes bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib, yeddi qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top