Lavrov etiraf etdi: "Qərb bizə sazişi imzalamağa icazə vermədi"

Sadə xəbər
DÜNYA 21.05.2025 3162

"Hər nə qədər Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya əleyhinə sanksiyaları gücləndirmək üçün ABŞ-ni isterik şəkildə təşviq etsələr də, Ukrayna ilə münaqişənin nizamlanması prosesində "atəşkəs olsun, sonra baxarıq" yanaşması artıq işləməyəcək".

Saat24.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ermənistan Universitetində çıxışı zamanı deyib.

Lavrov xatırladıb ki, 2022-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar aparıb və Ukrayna tərəfinin irəli sürdüyü sülh prinsipləri razılaşdırılıb. Lakin daha sonra Qərb bu razılaşmanın imzalanmasına icazə verməyib.

Xatırladaq ki, 2025-ci il mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında yenidən danışıqlar baş tutub. Görüşdən sonra Moskva və Kiyev məhbusları "minə-min" prinsipi ilə dəyişmək, mümkün gələcək atəşkəs barədə baxışlarını təqdim etmək və onu ətraflı şəkildə şərh etmək, həmçinin danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.

Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya tərəfi görüşün nəticəsindən razıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top