Jalə Əliyeva Gələcəyin səmasında Azərbaycan imzası adlı tədbirdə iştirak edib

Sadə xəbər
CƏMİYYƏT 18.05.2025 3734
Deputat həmkarlarımla birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Gələcəyin səmasında Azərbaycan imzası" adlı tədbirdə iştirak etdik. Tədbir Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatında keçirilirdi. 
 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzdük, xatirəsinə ehtiramımızı ifadə etdik.
Tədbirin açılışında Ulu Öndərin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
 
Tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyev dühasının əzəməti, onun bənzərsizliyi, ölməz ideyaları və idealları haqqında danışdım, tədbirin əhəmiyyətini qeyd etdim.
 
Tədbir Azərbaycan Texniki Universitetinin tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı ilə yadda qaldı.

 
XƏBƏR LENTİ
17.05.2025 2414
17.05.2025 3270

DİGƏR XƏBƏRLƏR

Loading
Top