Güləşçilərimizdən İranda daha 3 medal

Sadə xəbər
idman 17.05.2025 3341

İranın Behşehr şəhərində keçirilən sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə yekun vurulub.

"Saat24.az" xəbər verir ki, sonuncu yarış günündə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.

Azərbaycanın U-20 milli komandasının 3 üzvü fəxri kürsüyə qalxıb. Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc medal qazanıb.

7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.

Qeyd edək ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal əldə etmişdi.

XƏBƏR LENTİ
17.05.2025 2411
17.05.2025 3266

DİGƏR XƏBƏRLƏR

Loading
Top