
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holand 2026-cı ilin yayında İspaniya təmsilçisi "Barselona"ya keçə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Kataloniya təmsilçisinin 24 yaşlı hücumçunu almaq üçün iddialı planı var.
Norveçli forvardın müqaviləsindəki bəndə əsasən, o, 2026-cı ilin yayında 175 milyon avro qarşılığında sərbəst qala bilər. "Barselona" rəhbərliyi Holandı polşalı Robert Levandovskiyə əvəzləyici kimi görür.
Qeyd edək ki, hücumçu cari mövsüm "şəhərlilər"in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb və 30 qol vurub. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2034-cü ilədək qüvvədədir.