Pakistan ölən və yaralananların sayını açıqladı

Sadə xəbər
DÜNYA 13.05.2025 2990

Pakistanı Hindistanın hücumlarından müdafiə edərkən azı 11 hərbçi həlak olub, 78 hərbçi yaralanıb.

Oxu.Az DAWN-a istinadən verdiyi xəbərə görə, bu barədə Xidmətlərarası ictimaiyyətlə əlaqələr xidmətinin (ISPR) məlumatında bildirilir.

Qeyd olunur ki, Hindistanın təcavüzü nəticəsində yeddi qadın və 15 uşaq daxil olmaqla 40 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

"Pakistan Silahlı Qüvvələri "Marka-i-Haq" bayrağı altında "Bunyanum Marsoos" əməliyyatı zamanı dəqiq və effektiv əks-zərbələr endirməklə qətiyyətlə cavab verib", - ISPR bəyanatında bildirilir.

XƏBƏR LENTİ
12.05.2025 2245

DİGƏR XƏBƏRLƏR

Loading
Top