ABŞ Ukraynadan qeyri-qanuni miqrantların qəbulunu tələb edib

Sadə xəbər
DÜNYA 07.05.2025 3199

Vaşinqton administrasiyası Ukrayna hakimiyyətindən ABŞ-dən deportasiya edilmiş qeyri-qanuni miqrantları qəbul etməyi tələb edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti sənədlərə və kifayət qədər məlumatlı Ukrayna rəsmilərinə istinadən yazıb.

Nəşr iddia edir ki, bu il yanvarın sonlarında Donald Tramp Administrasiyası Ukrayna hökumətini ABŞ-dən deportasiya edilmiş müəyyən sayda digər ölkələrin vətəndaşlarını qəbul etməyə çağırıb. Kiyevdə ABŞ səfirliyinə məlumat veriblər ki, mövqelərini müəyyən etdikdən sonra cavab verəcəklər. Bununla belə, nəşrin mənbələri ABŞ-dən deportasiya edilənlərin qəbulunun ən yüksək hökumət səviyyəsində müzakirə olunmadığını və hazırda bu məsələ ilə bağlı Vaşinqtondan məlum siyasi tələblərin olmadığını bildiriblər.

XƏBƏR LENTİ
05.05.2025 2945

DİGƏR XƏBƏRLƏR

Loading
Top