Ukrayna Rusiyaya kömək edən ölkələrə qarşı sanksiya hazırlayır

Sadə xəbər
DÜNYA 04.05.2025 3270

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Rusiyaya məhdudiyyətlərdən yan keçməyə kömək edən ölkələrə qarşı sanksiyalar hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

"Biz təəssüf ki, Rusiyaya bəzi sanksiyalardan yan keçməyə kömək edən üçüncü ölkələrdəki subyektlərə və sxemlərə yönəlik sanksiyalar paketlərini hazırlayırıq", - deyə o bildirib.

Ukrayna lideri münaqişə bitdikdən sonra ölkənin bərpası üçün əsas tərəfdaşlarla gələcək əməkdaşlıq üzrə qərarların da anonsunu verib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top