Bakıda 20 gün əvvəl təmir olunan yol yenidən ÇÖKDÜ

Sadə xəbər
CƏMİYYƏT 06.05.2025 3272

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yol son 20 gün ərzində ikinci dəfə çöküb.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ötən gün də həmin çuxura digər minik avtomobilləri düşüb.

Sürücülər bildiriblər ki, dayanıqlı təmir işləri aparılmadığından yolda yağış yağan zaman yenidən eyni vəziyyət yaranır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə yağış sularının idarə olunması üçün işlər həyata keçirilir. Gün ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə bildirilib ki, təmir-tikinti işləri yekunlaşdıqdan sonra çökmüş hissədə asfalt örtüyü yenidən bərpa ediləcək.

Qeyd edək ki, aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü.

Ətraflı süjetdə:

 

XƏBƏR LENTİ
05.05.2025 2934

DİGƏR XƏBƏRLƏR

Loading
Top