Bu gün Günəşli Nevroloji Sanatoriyasında müalicə alan və istirahət edən vətəndaşlarımız öz minnətdarlıqlarını böyük hörmət və ehtiramla bildirirlər. Onlar başda ölkə Prezidenti cənab İlham Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Sahib Məmmədov və sanatoriyanın direktoru Vüqar Məhərrəmov olmaqla bütün zəhməti keçənlərə təşəkkürlərini ifadə edirlər.
Günəşli Sanatoriyası - bu gün tamamilə fərqli bir ünvan, sağlamlıq və qayğının mərkəzinə çevrilib. Keçmiş illərlə müqayisədə burada hər şey dəyişib: təmizlik, xidmət, şərait və münasibət 100 faiz yenilənib. Artıq bura təkcə bir müalicə mərkəzi deyil, həm də dincəlmək, şəfa tapmaq, hörmət və diqqət görmək yeridir.
Həkimlər və sanatoriya personalı öz işlərini son dərəcə məsuliyyətlə və ürəklə yerinə yetirirlər. Gələn hər bir vətəndaş – istər qazi, istər şəhid ailəsi, istərsə də sadə vətəndaş – burada özünü dəyərli və hörmətli hiss edir.
Vətən müharibəsi şəhidi Xəyal Ağaməmmədovun atası, Hacıqabul sakini Ağaməmmədov Salam müəllimin sözləri isə hər şeyi ifadə edir:
“Sanatoriyanın direktoru Vüqar müəllimin qəbulunda oldum. Məni çox səmimi və yüksək səviyyədə qarşıladı, problemlərimlə maraqlandı. Əlaqə nömrəsini verib dedi: ‘Əziyyət çəkib yanıma gəlməyin, zəng vurun – həmin an sizin yanınızda olacağam.’ Mən çox təsirləndim və təşəkkürümü bildirdim. O isə cavab verdi: ‘Hörmətli Salam kişi, bu bizim vətəndaşlıq borcumuzdur. Bizim əsas məqsədimiz bizə verilən tapşırıq və tövsiyələrə vicdanla əməl etməkdir.’”
Sanatoriyanın qapısı hər kəsin üzünə açıqdır! Burada qəbul saatı anlayışı yoxdur – istənilən anda hər bir vətəndaş Vüqar müəllimə müraciət edə bilər. Bu, sadəcə rəhbərlik deyil, bu – xalqla birgə olmaq nümunəsidir.
Xüsusi təşəkkür isə sanatoriyanın şöbə müdiri Qumru xanıma ünvanlanıb. Bir qazimizin sözləri ilə desək: “Onun qayğıkeşliyi və nəzakəti müalicə qədər şəfa verir.”
Bir neçə xəstə isə baş həkimin müalicə işləri üzrə müavini Fatma Quliyevaya təşəkkür edib.
Təmizlik və xidmət yüksək səviyyədədir. İstirahət otaqları hər bir şəraitlə təchiz olunub – diş fırçasından saç şampununa qədər hər şey düşünülüb. Bu il sanatoriyaya gələnlər deyirlər: “Ötən illərlə müqayisədə bambaşqa bir ab-havanın şahidi olduq!”
Bütün bu yüksək diqqət və şəffaf xidmət üçün istirahətçilər bir daha dərin təşəkkürlərini bildirirlər –
Ölkə Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova
Günəşli Nevroloji Sanatoriyasının direktoru Vüqar Məhərrəmova
Bu gün sağlamlığımızı düşünən, bizə dəyər verən, vətəndaşla dövlət arasında körpü yaradan hər kəsə minnətdarıq!
Saat24.Az Coşqun Abdullayev