
"Barselona"nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqla müqavilənin mümkün uzadılmasına münasibət bildirib.
Saat24.Az-ın İspaniya mediasına istinadən verdiyi xəbərə görə, Laporta yeni müqavilə barədə yaxın günlərdə rəsmi məlumatın açıqlanacağını deyib:
"Biz Frenkinin uzun illər bizimlə olmasını istəyirik, çünki o, komandamızın əsas oyunçusudur. Onun müqaviləsinin uzadılması prosesi gedir, xəbərlər tezliklə gələcək".
Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi 2019-cu ildən Kataloniya klubunda çıxış edir. Ötən mövsüm de Yonq bütün turnirlərdə 46 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırki müqaviləsi 2026-cı ilin iyununun sonuna kimidir. "Transfermarkt" Yonqun dəyərini 45 milyon avro qiymətləndirir.