Süveyş kanalında yük gəmisi saya oturdu

Sadə xəbər
DÜNYA 22.06.2025 3204

"Red Zed 1" yük gəmisi Süveyş kanalından keçərkən idarəetməni itirərək saya oturub.

Saat24.Az xəbər verir ki, bu barədə Süveyş kanalının mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, gəminin özünə ciddi ziyan dəyməyib. Qəzanın fəsadları 60 dəqiqə ərzində aradan qaldırılıb.

Məlumata görə, "Red Zed 1" iyunun 20-də Misirdən çıxaraq Sudana hərəkət edən, Liberiya bayrağı altında üzən gəmidir.

Xatırladaq ki, 2021-ci ilin martında konteyner gəmisi Süveyş kanalından keçərkən saya oturmuş, nəticədə ərazidə 6 gün ərzində naviqasiya dayandırılmışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top