"Saat24.az" MUMtv.az-a istinadən xəbər verir ki, sözə, poeziyaya illərdir səssiz-sədasız xidmət edən, hüquqşünas, polis təqaüdçüsü, Qarabağ qazisi və eyni zamanda şair kimi tanınan Adil Turablı bu ayın 16-da Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
Bu xəbəri eşidən hər kəs üçün bu seçim nəinki gözlənilən, hətta çoxdan haqq edilmiş bir addım kimi qarşılanıb. Çünki Adil müəllim təkcə qələminə yox, həm də vicdanına, vətəndaş mövqeyinə sadiq insanlardandır. Onun yaradıcılığı poeziyanın saflığına, xalqın dərdinə, vətənin harayına köklənib.

1969-cu ildə Cəlilabad rayonunun İnili kəndində, "Nərgizli" təpəsinin ətəyində dünyaya gələn Adil müəllim çətinliklərlə böyüyüb, zəhmətin nə olduğunu uşaqlıqdan bilib. "Üzümçü qızlar" adlı ilk şeirindən bu yana o, sözün əsl mənasında poeziya ilə nəfəs alıb. Tələbə ikən nəşr etdirdiyi "Məndən salam söylə" kitabı, illər sonra işıq üzü görən “Keçən günlərimi bir də yada sal” adlı şeirlər toplusu onun yaradıcılıq yolunun mütəmadi olduğunu sübut edir.
Şairin qəlbindəki duyğular Qarabağda səngər-səngər gəzib, əsgərlərimizə ruh verib. O, bu xalqın həm ədalət, həm cəbhə, həm də söz cəbhəsində savaşan övladıdır. Bugünlərdə Yazıçılar Birliyinə qəbul olunması həm də bu fədakarlığın, bu səssiz sədaqətin rəsmi təsdiqidir.
Adil Turablı təkcə yazdığı şeirlərlə yox, həm də cəmiyyətə, şəhid ailələrinə, qazilərə, doğulduğu torpağa verdiyi xidmətlə seçilir. Səmimiyyəti, təvazökarlığı və insani duruşu ilə ətrafında dərin hörmət qazanmış bu insan indi artıq söz adamlarının böyük ailəsində – Azərbaycan Yazıçılar Birliyindədir.

MUMtv.az kollektivi olaraq Adil müəllimi bu əlamətdar hadisə münasibətilə təbrik edir, ona yeni-yeni ədəbi uğurlar, sağlam ömür, bitib-tükənməyən ilham arzulayırıq.
Sözün qədrini bilənlər yaşadır bu xalqı... Adil Turablı kimi.