Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Sadə xəbər
Mədəniyyət 12.05.2025 4459
Əvvəli ötən saylarımızda.
I hissə
II hissə
... Mən də ixtiyarsız halda onlara baxdım.Baxışlarımız toqquşdu.Kənddən yenicə gəlmiş, dağdan, meşədən, dərədən, çaydan, bulaqdan başqa heç bir yeri görməyən və heç kimlə,heç kəslə təmasda olmayan bir adam kimi onların təəccüb və heyrətli baxışları mənə qəribə və bir az da maraqlı göründü. Qəribə ona görə ki, sanki onlar mənim sözlərimdən heyrətlənir, nədənsə ehtiyat edir, qorxu hislərinə yaxın qəribə hislər keçirir, narahat olurdular. Maraqlısı isə heç bir əlavə sual vermədən mənə “5”yazıb tələsik yola saldıqdan sonra, onların sifətindəki mənə yad olan ifadələr idi. Birdən-birə mənə elə gəldi ki, deyəsən axırıncı cümləm onlara təsir etmişdir.Amma bu təsirin nədən qaynaqlandığını özüm üçün aydınlaşdıra bilmədim.

Beləcə onlara baxa-baxa yavaşca qapını örtüb oradan uzaqlaşdım. Ona görə haşiyəyə çıxdım ki, indi Hüseyn Cavid kimi bəşəri bir sənətkarı pantürkist, milliyətçi, damğası ilə Sibirə sürgünə göndərib orada məhv edən bir quruluş, bir dövr, bir zaman olmasa da, heç Xalidə Hicran kimi fitri istedadlı bir rəssama ölçüsünə (15m x 10m) və sənətkarlıq xüsusiyyətlərinə görə dünyada birinci hesab olunan “Mənim Azərbaycanım” kimi məşhur bir Qobelenin müəllifinə, mütəfəkkür bir şairə lazımi qiymət və dəyər verilmir.Bir millət olaraq bu bizim böyük nöqsanımız, qüsurumuz və deyərdim ki, lap faciəmizdir... .

Nə isə, mətləbdən yayınmayaq.Vaxtı ilə Mişel Monten yazırdı: ”İdrak üçün fəlsəfə, fəaliyyət üçün fəzilət həmişə, bütün mərhələlərdə və bütün şəraitlərdə mənim ən vacib hesab etdiyim bunlardır.” Xalidə Hicran müdrikliyinin özü ana fəzilətdir.Çünki müdriklik öz-özlüyündə fəzilət olmaqla bərabər eyni zanmanda başqa fəzilətləri də yaradır və onların səhvlərin, günahlarını aradan qaldırılmasına böyük köməklik göstərir.Xalidə xanım həmişə bu ənənəsinə sadiq qalır və o,hesab edir ki,insan fikirləşdikcə ,düşündükcə hələ çox şey bilmədiyini,oxumağa,öyrənməyə ehtiyac olduğunu dərk edir,daha fəal, çalışqan,fədakar olmağın vacibliyini bilir.

Şair aşağıdakı poetik nümunələrdə deyir:

Elmsiz cahil olub,ömür yaşamaqdansa,
Ağıl dəryası olub,şərəfli ömür yaşa.
**
Kimsə sənin ağlına heyran olsa da ,öyrən,
Düşün ki, o adamdan nə öyrənə bilərsən?


Ehtiyacı dərk etmək,həqiqəti,baş verən hadisələri başa düşmək, onları doğuran səbəbləri aydınlaşdırmaq, çıxış yolları tapmaq müdrikliyin təzahür formalarından biridir.Xalidə Hicran hikməti,müdrikliyi ondadır ki, o, bütün şeirlərində fəziləti yaşamağı həyatdan necə istifadə etməyi,qarşıya hansı məqsədləri qoymağı və bu məqsədlərə hansı yollar və vasitələrlə çatmağı öyrədir.Şairin yuxarıdakı beydlərinə diqqətlə fikir versək, biz bu fəzilətləri tam aydınlığı ilə görərik.Şərəf,ləyaqət,elm,bilik və digər fəzilətlər burda ön plana çəkilir,cahil kimi uzun ömür yaşamaqdan çox-çox üstün tutulur.İkinci beytində şair demək istəyir ki,əgər kimsə sənin ağlına,biliyinə,savadına heyran olursa,bundan qürrələnmə,başa düş ki,əgər o,sənin ağlını biliyini,qiymətləndirməyi,dəyərləndirməyi bacarırsa,demək ondan nəyisə öyrənmək olar,fürsəti əldən vermə, nəsə götürməyə çalış.Unutma ki,hər bir ağıllı insan həmişə,hər zaman,hər yerdə,hər şəraitdə,hər kəsdən, hətta bəzən nadanlardan da öyrənməlidirlər.

Düzünü deyim ki, Xalidə Hicran yaradıcılığı şəxsən mənə bir çox həqiqətləri və fəzilətləri dərk etməkdə,özünün bildiklərinə yeni bir gözlə,yeni bir təfəkkürlə baxmaqda xeyli yardımçı oldu.Sanki, mən hər şeydə bir yenilik görürdüm.Uzun illər öncə,hələ sovet dövrünün çiçəklənən vaxtlarında görkəmli Azərbaycan filosofu, prosfessor Ziyəddin Göyüşov qəzetlərə verdiyi maraqlı bir müsahibənini oxumuşdum.Onun verdiyi cavablar hələ də yadımdadır.O, yazırdi: “ Əgər mənə sual versəydiniz ki, yarım əsrllik ömrümdə nail ola bildiyim ən böyük şey nədir?Cavab verirəm:Min illər boyu dünyanın bütün müdrik adamlarına yaxşı məlum olan bir sıra həqiqətləri yenidən özümün kəşf etməyim.Nə qədər qəribə görünsədə, bu, ağıllı insanlarda təəccüb doğurmalıdır.Məlum həqiqətləri hər kəs özü yenidən kəşf edib əqidəsinə,yaddaşına,ətinə-qanına daxil etməyə,zehninin ayrılmaz tərkib hissəsinə çevirməsə fəzilətləri əxs edə bilməz.Xeyir,ədalət,həqiqət,gözəllik,xeyirxahlıq və digər fəzilətlər haqqında deyilənlər ona boş sözlər kimi görünər.Yad ünsürlər kimi əqidəsinə yapışmaz.” Bu, həqiqətən də belədir.Bəzən elə olur ki, insan dünən aldığı bir şeyi,deyək ki,elə bir paltarı bu gün bəyənmir.Ona yenə gözlə, yeni istəklə, yeni maraqla, yeni həvəslə baxır və düşündüyü,axtardığı yeni bir şeyi tapmayanda gözündən düşür, başqa yeni bir şey istəyir.Xalidə Hicran yaradıcılığı və onun fəziləti də belədir. O həmişə oxucularını yeniliyə, mübarizəyə,əməyə,zəhmətə səsləyir.Xalidə xanım hesab edir ki,əməksiz,zəhmətsiz,fəaliyyətsiz insan öz ləyaqətini,bacarığını göstərə bilməz və o mənasız bioloji varlığa çevrilər. Beynəlxalq sülh mükafatı laureatı İ.E.Bexer yazırdı:”Nə vaxt ki, kədərli,qəmlisən,nə vaxt ki özünü yalqız hiss edirsən işlə, bu kədəri,qəm qüssəni qovmaq üçün yeganə vasitədir.Heç nə iş qədər adamı cansıxıcı boşluqdan xilas edə bilməz”

Xalidə Hicran bütün bədii təsvir vasitələrindən böyük sənətkarlıqla istifadə edərək oxucularını başa salmağa çalışır ki, insan bədəni,insan ürəyi, insan ağlı əmək tələb edir,zəhmət tələb edir və özü də bu o qədər zəruridir ki, əgər əmək,zəhmət yoxdursa bədəndə müxtəlif xəstəlikər baş verər.Unutmaq olmaz ki, həyat fasiləsiz surətdə məqsəd və arzuların yerinə yetirilməsində insanların mübarizəsindən,onların əməyindən,zəhmətindən ibarətdir

Böyük rus tənqidçisi V.Q.Belinski yazırdı:”Kim irəliyə, fəzilətə doğru getmirsə o,geriyə qəbahətə doğru gedir.Ayrı bir yol yoxdur.Biz həyatdan işsiz getməməliyik.Ölümdən daha dəhşətli bir şey heyatda heç bir iz qoyub getməkdən ibarətdir.Biz belə bir həqiqəti əsla unutmamalıyıq ki,əmək həyatının hər bir dəqiqəsi qələbədir.Əksinə,fəaliyyətsiz keçən bir dəqiqə ömürdən böyük itkidir.Bu itkini heç nə ilə geriyə qaytarmaq mümkün deyildir.”

“Hikmət xəzinəsi” kitabının 2-ci cildində Xalidə xanımın belə bir şeiri var:

At əlinlə bir toxumu,sonra sən yığ yüz toxumu,
Atdığın hər bir toxum da düzəldər bir çox durumu
**
Bu torpaq haqqı itirmir, becərdiyini biçərsən,
Təki becər,ondan istə,o verər,sən də yeyərsən.


Bəlkə də çoxlarına adi və sadə görünən bu iki beytdə o qədər dərin məna və hikmət var,yetər ki,diqqətlə oxuyub özün üçün təhlil edəsən.Burda zəhmət də var,dözüm,səbir,halallıq da,burda əqli fəzilət də var,əxlaqi fəzilət də.Ümumiyyətlə,mən o fikri tamamilə dəstəkləyirəm ki,harada hərəkət,zəhmət,əziyyət varsa orada həyat,firavanlıq,bolluq,bərəkət,sevinc,şadlıq,halallıq da var. Mənə elə gəlir ki dünyada ən böyük həzz çəkdiyin zəhmətin bəhrəsini görməkdir. Əgər şairin birinci beytini incələsək görərik ki,torpağı alıb əkib-şumlayıb, malalayıb toxum səpəndən sonra bir toxumdan yüz toxum alanda, alın tərini halal zəhmətin bəhrəsini görəndə insan necə sevinər.Bu sevinci heç nə ilə əvəz etmək olmaz.Bu zəhmətin,əməyin insanda yaratdığı əvəzsiz bir həzzdir.Böyük rus demoqrafı B.Urlanis yazdığı məqalələlərin birində çox gözəl və maraqlı bir məsələyə toxunmuşdur.O,uşaq vaxtı eşitdiyi bir əhvalatı qələmə alaraq yazırdı:”Bir kəndlidən soruşurlar ki,sən bu qədər işləyirsən,çalışırsan,demək olar ki,gün çıxandan gün batana qədər tarlada olursan heç yorulmursan?Torpaqla bu qədər işləməkdən bezmirsən?Kəndli əlinin arxası ilə alnının tərini silib cavab verir:”Torpaqla işləyib torpaqdan güc,enerji almağı bacarmayan kəndlidən yazıq adam yoxdur.Siz heç torpağın ətrini duymusunuz?Yox! Çünki torpağı dərk etmək lazımdır.Torpaq böyük hikmətdir.Sonra kəndlidən soruşurlar,yaxşı, bu qədər qazanırsan,bəs gəlirlərini necə bölürsən?Kəndli cavab verir ki, mən öz qazancımı dörd yerə bölürəm.Bir hissəsi ilə uşaqlarımı böyüdüb saxlayıram ki,mən qocalanda məni saxlasınlar və başıma qaxmasınlar ki,müftəxoram,onlara yükəm.Dünyada ən ağır yük minnət yüküdür.İkinci hissəsini borcumu ödəməyə,ata-anamı saxlamağa verirrəm ki,yolumda çəkdikləri cəfanın əvəzi çııxsın naxələf və nankor olmayım.Üçüncü hissəsini çölə tullayıram,çarı və məmurları saxlamaq üçün vergi verirəm.Dördüncünü özümü yaşatmaq üçün sərf edirəm.”

Mən B.Urlanisin bu qeydlərini ona görə yazdım ki,öz halal zəhməti ilə yaşayan, heç kimə yük olmadan və heç kimdən minnət götürmədən,sağlam düşüncəyə, sağlam əqidəyə sahib kəndlinin cavabı olduqca düşündürücü və müdrik bir cavabdır.Mən deyərdim ki,bu fikirlər bir həyat konsepsiyasıdır və Xalidə Hicranın poetik yaradıcılığının fəlsəfəsi ilə uyğunluq təşkil edir.

Ardı var...
XƏBƏR LENTİ
12.05.2025 2229

DİGƏR XƏBƏRLƏR

Loading
Top