
İsrail Hərbi Hava Qüvvələri bu səhər İranın qərb bölgəsində yerləşən 40-dan çox hərbi obyektə aviazərbələr endirib.
Saat24.Az xəbər verir ki, bu barədə məlumat İsrail Ordusunun yaydığı rəsmi açıqlamada əksini tapıb.
İsrail Hərbi Hava Qüvvələri Kermanşahdakı hərbi bazada İran ordusuna məxsus beş ədəd "AH-1" helikopterini məhv edib.
Saat24.Az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu (SAXAL) yayıb.
Bildirilib ki, sözügedən helikopterlər İsrail təyyarələrinə qarşı hücum məqsədilə istifadə olunurdu.
"İsrail hərbçiləri "Yüksələn şir" əməliyyatı başlayandan bəri İran ərazisi boyu 1100 müxtəlif obyektə hücum edib".
Saat24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi briqada generalı Efi Defrin bildirib.
"Hələlik biz (SAXAL) bütün İranda 1100-dən çox müxtəlif obyektə hücum etmişik", - o bildirib.
Onun sözlərinə görə, SAXAL plana uyğun olaraq sistemli şəkildə işləyir və bunu bütün məqsədlərinə nail olunana qədər davam etdirəcək.
Tehranda uranın zənginləşdirilməsi sentrifuqaları üçün avadanlıqların istehsal edildiyi bina zədələnib.
Saat24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat verib.
Həmçinin bildirilib ki, Kərəcdə bu cür sentrifuqalar üçün komponentlərin istehsal olunduğu iki bina dağıdılıb.
Zərbələr nəticəsində obyektlərə ziyan dəyib. Onların hər biri beynəlxalq agentliyin nəzarəti altında olub.
İsrail qüvvələri Ərdəbil şəhərinin sənaye zonasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektinə hücum edib.
Saat24.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
İran səmasında İsrailin 14 pilotsuz uçuş aparatı aşkar edilərək məhv edilib.
Saat24.Az ILNA agentliyinə istinadən xəbər verir ki, məlumat İranın polis rəsmisi tərəfindən təsdiq edilib.
İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Veramin şəhəri üzərində İsrailə məxsus döyüş təyyarəsini vurub.
Saat24.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, məlumatı şəhərin icra hakimiyyətinin rəhbəri Hüseyn Abbasi də təsdiq edib.
"Təhlükəsizlik və hərbi rəsmilər insidentin təfərrüatını araşdırır və yaxın vaxtlarda əlavə məlumat açıqlanacaq", - deyə Hüseyn Abbasi qeyd edib.
Yayılan xəbərdən qısa müddət sonra İranın ordu rəhbərliyi vurulan döyüş təyyarəsinin "F-35" olduğunu təsdiqləyib.
"Ordunun hava hücumundan müdafiə sistemləri düşmənə məxsus "F-35" döyüş təyyarəsini Vəramin şəhərinin Cavadabad bölgəsində vuraraq məhv edib", - məlumatda qeyd olunub.
Bu, iyunun 13-də İran-İsrail eskalasiyası başlayandan bəri vurulan beşinci İsrail qırıcısıdır.
İsrail İranın uranın zənginləşdirilməsi üçün istifadə edilən sentrifuqaların istehsal olunduğu obyektlərə hücum edib.
Saat24.Az-ın xəbərinə görə, bu barədə SAXAL məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehran ərazisindəki hərbi hədəflərə bir sıra hücumlar həyata keçirib. İranın nüvə silahı proqramına zərər vurmaq səylərinin bir hissəsi olaraq, sentrifuqaların istehsalı ilə məşğul olan obyektə hücum edilib", - SAXAL-ın bəyanatında deyilir.