İran yeni kamikadze dronunu təqdim etdi

Sadə xəbər
DÜNYA 16.06.2025 3222

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İrana məxsus yeni "Shahed 107" kamikadze pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Saat24.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.

Paylaşılanan görüntülərə əsasən, bu, 1 500 km-dən çox uçuş məsafəsi olan porşen mühərrikli drondur.

Xatırladaq ki, "Shahed" seriyalı PUA-lar genişspektrli döyüş tapşırıqlarını yerinə yetirmək üçün İranda hazırlanmış zərbə və kəşfiyyat PUA-larıdır. Onların əsas üstünlükləri uzun uçuş məsafəsi, aşağı hündürlükdə işləmək qabiliyyəti, radioelektron müharibəyə davamlılıq və kütləvi şəkildə istifadəyə imkan verən aşağı qiymətidir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top