
"Rusiya Odessa şəhərini tutmağı, sonra isə Moldova və Rumıniyanın sərhədlərinə keçməyi planlaşdırır".
Saat24.Az UNIAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən "Ukrayna - Cənub-Şərqi Avropa" sammitində çıxış edərkən deyib.
Onun sözlərinə görə, Odessa Rusiyanın hədəfindədir:
"Rusiya işğal edilmiş ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, Odessa şəhərini də məhv etmək niyyətindədir. Rusiyanın hərbi planları bu regiona, Odessaya, sonra isə Moldova və Rumıniyanın sərhədlərinə yönəlir".