
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian və Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
Saat24.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident administrasiyası xəbər yayıb.
İran prezidenti ilə danışıqlarda Türkiyə lideri bildirib ki, Ankara Təl-Əvivlə Tehran arasında baş vermiş münaqişənin tezliklə dayandırılması və İranın nüvə proqramı üzrə danışıqlara qayıdışı üçün vasitəçilik etməyə hazırdır.
Putinlə telefon danışığında da tərəflər İsrail-İran münaqişəsini müzakirə ediblər.
"Diplomatiya İranın nüvə proqramı ətrafındakı problemi həll etməyin yeganə yoludur", - deyə Ərdoğan bəyan edib.