AZAL bir sıra reysləri ləğv etdi - Bakıdan Tehran və Təl-Əvivə uçuşlar DAYANDIRILDI

Sadə xəbər
GÜNDƏM 16.06.2025 3143
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.
 
Saat24.Az AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:
 
- Bakı - Dammam - Bakı (J2 8205/8206)
 
- Bakı - Bəhreyn - Bakı (J2 505/506)
 
- Bakı - Ər-Riyad - Bakı (J2 8203/8204)
 
- Bakı - Lahor - Bakı (J2 145/146)
 
Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
 
- 18 iyun - 30 iyun tarixlərində Bakı - Təl-Əviv - Bakı
 
- 19 iyun - 30 iyun tarixlərində Bakı - Tehran - Bakı
 
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top