
Zərdab rayon təhsil sektorunun müdiri Gülağa İsgəndərov təşəkkür etdi.
Saat24.Az xəbər verir ki, bu sözləri Zərdab rayon Təhsil sektorunun müdiri Gülağa İsgəndərov rəsmi Facebook səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.
Saat24.Az xəbər verir ki, bu sözləri Zərdab rayon Təhsil sektorunun müdiri Gülağa İsgəndərov rəsmi Facebook səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.
Dünən tədris ilinin ən önəmli və ən yadda qalan günlərindən biri – Son Zəng günü idi. Minlərlə şagirdin, valideynin və müəllimin iştirak etdiyi bu xüsusi gün biz təhsil işçilərindən və məktəb rəhbərlərindən olduğu kimi, hüquq-mühafizə orqanlarından da yüksək diqqət və məsuliyyət tələb edirdi.
Belə bir gündə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazovun rəhbərlik etdiyi qurumun göstərdiyi nümunəvi fəaliyyət xüsusi qeyd olunmalıdır. Məhz onun rəhbərliyi və düzgün idarəetməsi nəticəsində ölkəmizdə ictimai asayişin qorunması hər zaman yüksək səviyyədə təmin olunur.
Zərdab rayonunda da bu ənənəyə sadiq qalınaraq, Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı cənab Ramil Salayevin rəhbərliyi ilə polis əməkdaşları yüksək peşəkarlıqla xidmət göstərdi, tədbirin təhlükəsiz və qaydasında keçməsi üçün əllərindən gələni etdilər.
Bu peşəkarlığa, diqqətə və birgə əməkdaşlığa görə cənab Vilayət Eyvazova, eləcə də cənab Ramil Salayevə və bütün Zərdab RPŞ əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm!
Gənclərimizin gələcəyə inamla addımlaması üçün belə təhlükəsiz və dəyərli mühitin yaradılması hər birimizin qürur mənbəyidir.
Saat24.Az Coşqun Abdullayev
Saat24.Az Coşqun Abdullayev