Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri ilə görüşüb

Manşet
SİYASƏT 12.06.2025 4385
 
 
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb.
Görüşdə dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında iki ölkənin dövlət başçılarının mühüm rolu diqqətə çatdırılaraq, bildirilib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, sıx təmaslar dost və qardaş ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə daxil olmasını şərtləndirib.
Saat24.Az Coşqun Abdullayev 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top