Eyni dönərxanada son 20 gündə ikinci KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Təcili tibbi yardıma müraciət edənlərin SAYI ÇOXDUR

Sadə xəbər
GÜNDƏM 09.06.2025 3040

"Naxçıvanda zəhərlənən 17 nəfərdən doqquzu uşaq olub".

Saat24.Az "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, zəhərlənənlər üç ayrı ailənin üzvləri olublar:

"Beş nəfər bir ailədən, dörd nəfər bir, bir nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu məlumatı bizdə var. Yəni təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib".

Naxçıvanda yerləşən "Kassap Döner" dönərxanasında zəhərlənən şəxslərin durumu açıqlanıb.

Saat24.Az "Teleqraf"a istinadən xəbər verir ki, zəhərlənən 17 nəfər dərhal tibb müəssisəsinə yerləşdirilib və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların səhhəti qənaətbəxşdir və heç bir həyati təhlükə yoxdur.

Qeyd olunub ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb.

Naxçıvanda ikinci dəfə insanların zəhərlənməsinə səbəb olan "Kassap Döner" daha əvvəl baş verən hadisədən sonra cərimələnib.

Bu barədə Saat24.Az-ın sorğusuna cavab olaraq Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, ilk baş verən zəhərlənmə hadisəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdı:

"Bu zaman müəssisənin fəaliyyəti müvəqqəti dayandırıldı, tamamilə bağlanmadı. Araşdırmalar nəticələri məlum olandan sonra, müəssisə nöqsanları aradan qaldırdıqan sonra fəaliyyətə icazə verilir. Təbii ki, baş verən hadisəyə görə sözügedən müəssisə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnir".

Aygün Mirakif

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

Saat24.Az xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən "Kassap Döner" dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, mayın 22-də həmin dönərxanada analoji hal qeydə alınmışdı. Həmin vaxt yeddi nəfər dönərdən zəhərlənmişdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top